Dur, dostum, qal bir az daha yanımda.

Bax, saç ağarıb, boy qısalıb. 

Ömür dediyindən bir şey qalmayıb. 

Simalar, obrazlar indi çox uzaqlarda.

Dur, dostum, qal bir az daha yanımda…

Dur, dostum, qal bir az daha yanımda.

Al götür məni uzaqlara.

Atamın gənc, anamın həyatda 

Olduğu o gözəl vaxtlara…

Dur, dostum, qal bir az daha yanımda…

Dur, dostum, qal bir az daha yanımda.

Həmdəmim ol bu axşam vaxtında.

Gəl söhbət edək ordan-burdan.

Danış mənə köhnə dostlardan.

Dur, dostum, qal bir az daha yanımda…

Dur, dostum, qal bir az daha yanımda.

Mən səninlə tənhalığımı paylaşım.

Bərabər biraz dalaq xəyallara.

Qəlbimi islatsın göz yaşlarım.

Dur, dostum, qal bir az daha yanımda…